Trampın komandası İrana zərbə  variantlarını müzakirə edir
10 yanvar 2026 23:39 (UTC +04:00)

Trampın komandası İrana zərbə variantlarını müzakirə edir

0

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün hərbi zərbələrə dair variantları ilkin səviyyədə müzakirə edib.

Lent.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlar mümkün hədəflər üzərində cəmlənib. Variantlardan biri hərbi obyektlərə qarşı genişmiqyaslı hava zərbələrinin endirilməsini nəzərdə tutur.

Digər mənbə bildirib ki, fəaliyyət planı ilə bağlı hələlik yekdil mövqe yoxdur.

Mənbələrin sözlərinə görə, bu müzakirələr “adi planlaşdırma” prosesinin bir hissəsidir və yaxın zamanda hücumun baş verəcəyinə dair əlamət yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1894

Oxşar yazılar