Türkiyə sahillərində miqrantları daşıyan kater qəzaya uğradı, ölənlər var
09 mart 2026 15:00 (UTC +04:00)

Türkiyə sahillərində miqrantları daşıyan kater qəzaya uğradı, ölənlər var

0

Türkiyə sahilləri yaxınlığında miqrantları daşıyan katerlə bağlı insident baş verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, katerdə Əfqanıstandan olan qeyri-qanuni miqrantlar, o cümlədən qadınlar və uşaqlar olub. Kater bazar ertəsi səhər tezdən Demre rayonu sahilləri yaxınlığında aşkarlanıb və sahil mühafizəsi onu dayandırmağa çalışıb.

Kater qaçmağa cəhd edib və kəskin manevrlər etməyə başlayıb. Nəticədə miqrantları daşıyan qayıq sahil mühafizəsinin kateri ilə toqquşub. Qeyri-qanuni miqrantların bir hissəsi dənizə düşüb, qalanları isə sahilə çatdırılıb. Bəzilərinə tibbi yardım lazım olub.

Hadisə nəticəsində 14 nəfər həlak olub, daha 14 miqrant saxlanılıb, 7 nəfər isə sahil mühafizəsi tərəfindən xilas edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar