Ukraynadan  185 nəfərə   SANKSİYA
29 yanvar 2023 00:57 (UTC +04:00)

Ukraynadan 185 nəfərə SANKSİYA

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya dəmir yolu nəqliyyatında yardım edən 185 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edən fərman imzalayıb.

Lent.az-ın xəbərinə görə, bunu Zelenski özünün Telegram kanalında deyib.

“Söhbət 185 şirkət və fiziki şəxsdən gedir. Onların Ukraynadakı aktivləri bloklanıb, əmlak bizim müdafiəmiz üçün istifadə olunacaq”.

Zelenskinin saytında dərc olunan siyahıda 3 fiziki və 182 hüquqi şəxs var.

# 2073
avatar

Oxşar yazılar