Gürcüstanda keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etməkdə şübhəli bilinən Qardabani bələdiyyə məclisinin sədrinin sabiq müavini Rəfi Orucov saxlanılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, istintaqın məlumatına görə, Rəfi Orucov qısqanclıq zəminində yaranmış münaqişəyə görə keçmiş həyat yoldaşı Aygün Maqalovanı öldürtdürmək istəyib.
O, tanışına 25 min dollar müqabilində muzdlu qatil tapmağı tapşırıb.
Gizli istintaq tədbirləri zamanı müəyyən edilib ki, şübhəli şəxs qətlin cütlüyün üç azyaşlı övladının analarının yanında olmadığı vaxt törədilməsini planlaşdırıb.
Yerli sakinlərin sözlərinə görə, tərəflər arasında uzun müddətdir münaqişə və məhkəmə çəkişməsi davam edirmiş.