APA TV-də yeni veriliş – “PARADOKS”
17 noyabr 2026 17:56 (UTC +04:00)

APA TV-də yeni veriliş – “PARADOKS”

0

 

APA TV-də “PARADOKS” adlı yeni verilişin ilk buraxılışı yayımlanıb.

İntellektual-analitik formatda hazırlanan veriliş insan, cəmiyyət və tarixlə bağlı müxtəlif ziddiyyətlərin araşdırılmasına həsr olunub.

Hüquqşünas Şamil Paşayevin təqdimatında yayımlanan proqramda fəlsəfə, hüquq, psixologiya və tarixi hadisələrlə bağlı mövzular təhlil edilir.

Verilişdə insan davranışlarını və ictimai prosesləri izah edən psixoloji sindromlar, elmi effektlər, sosial və fəlsəfi nəzəriyyələr elmi faktlar, tarixi nümunələr və real həyat hadisələri əsasında araşdırılır.

İnsanların qərarlarına təsir edən amillər, cəmiyyətdə formalaşmış stereotiplər, fərdi və kollektiv davranışların səbəbləri, eləcə də tarixdə və müasir dövrdə müşahidə olunan paradoksal hadisələr proqramın əsas mövzularını təşkil edir.

“PARADOKS”un məqsədi qəbul edilmiş fikirlərə və hadisələrə fərqli baxış təqdim etmək, tamaşaçıları mövcud təsəvvürləri sorğulamağa və tənqidi düşünməyə təşviq etməkdir.

Proqramda mürəkkəb elmi və fəlsəfi anlayışların geniş auditoriya üçün anlaşılan formada izahına xüsusi yer ayrılır.

“PARADOKS” verilişinin ilk buraxılışını təqdim edirik: 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar