“Rambler&Co” səhmdar cəmiyyətinin müdiri Aleksandr Mamut qurumun baş direktoru olacaq.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu haqda “Rambler&Co”-ya daxil olan “Lenta.ru” xəbər yayıb.
“Lenta.ru”-nun məlumatına əsasən, Mamutun təyinatı aprelin 21-də gerçəkləşəcək.
Mənbə bildirib ki, bu il aprelin 15-dən etibarən “Afişa-Rambler-SUP” Birləşmiş şirkətin adı dəyişdirilib və o, “Rambler&Co” adlanır.
Şirkət 2013-cü ilin mayında “Afişa-Rambler” (əvvəlllər holdinqə Vladimir Potaninin “Profmedia”sı da daxil idi) və Aleksandr Mamutun “SUP Media”-sının birləşməsin nəticəsində yaranıb.
“Lenta.ru” və “Rambler” axtarış sistemindən başqa “Gazeta.ru”, “Afişa” nəşriyyatı, “Çempionat.com” idman portalı, “LiveJournal” və başqaları “Rambler&Co”-ya daxildir.
Aleksandr Mamut “Forbes” jurnalının “2014 – Rusiyanın ən varlı iş adamları” siyahısında 42-ci yerdə olub. Onun var-dövləti 2,3 milyard dollardır.