Cəlilabadda AĞIR QƏZA:  4 nəfər yaralandı
18 sentyabr 2026 16:00 (UTC +04:00)

Cəlilabadda AĞIR QƏZA: 4 nəfər yaralandı

0

Cəlilabadda zəncirvari yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"VAZ-21011" markalı avtomobil manevr edərək dönmə əməliyyatı yerinə yetirərkən, arxadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ona çırpılıb. Zərbənin təsirindən maşın yoldan çıxaraq əks istiqamətdən gələn "VAZ-2106" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 4 nəfər, 16 yaşlı Fatimə Mirzəzadə, 46 yaşlı Cəlal Mirzəzadə, 47 yaşlı Elçin Quliyev və 16 yaşlı Şəfa Məmmədova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar