ABŞ-da növbəti silahlı insident: 2 ölü
13 oktyabr 2015 07:26 (UTC +04:00)

ABŞ-da növbəti silahlı insident: 2 ölü

ABŞ-da naməlum şəxsin küçədə açdığı atəş nəticəsində iki nəfər ölüb.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Konnektikut ştatının Hatford şəhərində baş verib.

 

Polis 2 nəfərin odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü təsdiqləyib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

 

Xatırladaq ki, oktyabrın 2-də Oreqon ştatının  Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər  yaralanmışdı. Bundan sonra Florida ştatında baş vermiş atışma nəticəsində 4 nəfər, Merilend ştatında silahlı insident nəticəsində isə 1 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar