Mert Nobrenin oğlu İtaliyada evləndi
10 sentyabr 2026 03:44 (UTC +04:00)

Mert Nobrenin oğlu İtaliyada evləndi

0

 

“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş futbolçusu Mert Nobrenin oğlu Nicolas Nobre ailə qurub.

Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.

Nicolas uzun müddətdir münasibətdə olduğu Sarahla İtaliyanın Pisa şəhərində keçirilən mərasimdə nikaha daxil olub.

Mert Nobre və həyat yoldaşı Priscila da oğullarının toyunda iştirak ediblər. Ailə mərasimdən çəkilən fotoları sosial şəbəkədə yayımlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar