Alimlər qəribə nəticəyə  gəldilər: çox isti çay və qəhvə xərçəng  riskini artıra bilər
10 sentyabr 2026 05:12 (UTC +04:00)

Alimlər qəribə nəticəyə gəldilər: çox isti çay və qəhvə xərçəng riskini artıra bilər

0

 

Təxminən bir milyon insanın məlumatlarının təhlili çox isti içkilərin müntəzəm qəbulunun qida borusu xərçənginin müəyyən növü ilə əlaqəli ola biləcəyini göstərib.

Lent.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Oksford Universitetinin rəhbərlik etdiyi araşdırmada təxminən 980 min insanın məlumatları 14 il ərzində izlənilib.

Nəticələrə görə, xüsusilə çox isti çay və ya qəhvə içənlərdə qida borusunun yastıhüceyrəli xərçəngi riski daha yüksək olub. Alimlər ehtimal edirlər ki, yüksək temperatur qida borusunun selikli qişasına təkrar zərər verə bilər.

Mütəxəssislər çay və qəhvədən imtina etməyi deyil, içkini rahat içilə biləcək temperatura qədər soyutmağı məsləhət görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar