İran ordusnun polkovniki Suriyada öldürüldü
14 oktyabr 2015 07:56 (UTC +04:00)

İran ordusnun polkovniki Suriyada öldürüldü

Suriya Silahlı Qüvvələrini təlimatlandırılmasını həyata keçirən İranın İslam İnqilabı Keşikçiləri Korpusu komandanlığının daha bir nümayəndəsi  Suriyada silahlılarla döyüşlərdə həlak olun. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.  

 

Məlumata görə, “polkovnik Fərşad Hasunizadə Suriyada hərbi müşavir qismində borcunu yerinə yetirərkən həlak olub”.  Agentlik hadisənin baş verdiyi konkret məkanı və təfərrüatları açıqlamır.     

 

Qeyd edək ki, bir neçə gün əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Hüseyn Həmdani Suriyanın şimalında gedən döyüşlərdə həlak olub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar