
Türkiyənin uğurlu raket sınağı - VİDEO
İstehsalına 2009-cu ildə başlanılan və 10 ildən sonra - 2018-ci ilin noyabrında ilk test atışlarını həyata keçirən “ATMACA” raketinin son test atışı da uğurlu olub.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata əsasən, Dəniz Donanması Komandanlığının MİLGEM platformalarında istifadə olunacağı nəzərdə tutulan və gəmidən gəmiyə kruiz raketi tələbatını qarşılamaq üçün Türkiyə Müdafiə Sənayesi Nazirliyi tərəfindən başlanan “Səthdən Səthə Bələdçi Mərmisi” layihəsi əsasında istehsal olunan “ATMACA” kruiz raketinin test atışları davam edir.
Atışa aid görüntüləri müdafiə sənayesi naziri İsmayıl Dəmir sosial media profilindən paylaşıb. “ATMACA” raketimizin yeni test atışını da uğurla gerçəkləşdirdik. “ATMACA” kruiz raketləri Roketsan, atış nəzarət və digər mexanizmlər isə Aselsan şirkətləri tərəfindən istehsal olunur. Raketlər MİLGEM-lərə inteqrasiya edərək, dənizdə daşınmalarımıza güc verəcək”, - nazir vurğulayıb.
Xatırladaq ki, “ATMACA” raketlərinin çəkisi 800 kiloqramdır. Raket suyun üzərindəki hədəfləri məhv etmək üçün 250 km yol qət etmək özəlliyinə sahibdir.
Oxşar yazılar

Cinçıxarma adı ilə qızı oteldə zorladılar
15 avqust 2025 , 17:41
44 yaşlı qadın xeyriyyə konteynerində sıxılıb öldü - ŞOK HADİSƏ
15 avqust 2025 , 16:43
Qəfil leysan onlarla insanı öldürdü
15 avqust 2025 , 13:18
Bəyoğlu bələdiyyəsində ƏMƏLİYYAT: sədr və 40 nəfər saxlanıldı
15 avqust 2025 , 10:30
Kuril adaları yaxınlığında güclü zəlzələ oldu
15 avqust 2025 , 06:57
Rusiyada məhkəmə hakimi qəddarlıqla öldürüldü, cinsi orqanı kəsildi
14 avqust 2025 , 23:06
Kamçatkada güclü zəlzələ oldu
14 avqust 2025 , 21:21