Saçları əslində belə deyilmiş: Məşhurların gizlətdiyi təbii görünüşləri
22 avqust 2026 10:56 (UTC +04:00)

Saçları əslində belə deyilmiş: Məşhurların gizlətdiyi təbii görünüşləri

0

Bəzi məşhurlar illərlə parik, saç əlavələri və düzləşdirici vasitələrdən istifadə etdikləri üçün onların təbii saç quruluşu pərəstişkarlarına demək olar ki, məlum deyil.

Lent.az xarici mediaya istinadən təbii saçları ilə diqqət çəkən məşhurları təqdim edir.

Rihanna

Rihanna fərqli və cəsarətli saç düzümləri ilə tanınır. Müğənni 2025-ci ildə Nyu-Yorkda təbii saçları ilə görüntülənib. Onun adətən səhnədə və tədbirlərdə nümayiş etdirdiyi hamar və iri saçlardan fərqli olaraq, təbii saçlarının qıvrım olduğu diqqət çəkib.

Maraqlıdır ki, bundan bir müddət əvvəl Rihanna öz saç baxımı məhsullarını da təqdim etmişdi.

Meqan Markl

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın saçları adətən düz və ya yüngül dalğalı olur. Lakin onun gənclik fotolarında saçlarının təbii şəkildə sıx və qıvrım olduğu görünür.

İllər ərzində Meqanın saçlarını düzləşdirdiyi, daha sonra isə istədiyi formada dalğalandırdığı bildirilir.

Alla Puqaçova

Alla Puqaçova uzun illər həcmli və gur saç düzümü ilə tanınıb. Lakin müğənninin təbii saçlarının daha qısa və nazik olduğu qeyd edilir. Onun məşhur obrazının formalaşmasında parik və saç əlavələrinin mühüm rol oynadığı deyilir.

Cennifer Eniston

“Friends” serialı ilə dünya şöhrəti qazanan Cennifer Enistonun 1990-cı illərdəki saç düzümü bir dövrün əsas dəb tendensiyalarından birinə çevrilmişdi. Aktrisa sonradan etiraf edib ki, həmin saç düzümünü özü hazırlamaqda çətinlik çəkirdi və daim peşəkar stilistlərin köməyinə ehtiyac duyurdu. Eniston illər sonra saçlarını demək olar ki, təbii vəziyyətdə nümayiş etdirəndə isə pərəstişkarları onun saçlarının əslində düz deyil, dalğalı və qıvrım olduğunu görüblər.

Leyton Mister

“Gossip Girl” serialında Bler Uoldorf obrazı ilə tanınan Leyton Mister də ekran obrazına görə görünüşünü dəyişən məşhurlardandır.

Aktrisa serial üçün saçlarını qəhvəyi rəngə boyayıb və bu görünüş sonrakı illərdə də onun imicinin bir hissəsinə çevrilib. Halbuki Leytonun təbii saç rəngi açıq sarıya yaxındır.

Cennifer Lopez

Cennifer Lopez də adətən saç uzunluğunu və formasını dəyişən məşhurlardandır. O, bir gün çox uzun saçlarla, başqa bir gün isə qısa saç ilə görünə bilir. Lakin 1990-cı illərdən qalan fotolar göstərir ki, müğənninin təbii saçları tünd rəngli və qıvrımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar