Şəmkirdə avtomobil qadını vurub öldürdü
22 avqust 2026 08:47 (UTC +04:00)

Şəmkirdə avtomobil qadını vurub öldürdü

0

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil hərəkətdə olan yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda ölən piyadanın kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar