Alimlər Süd Yolunda rekord sürətlə hərəkət edən  ulduz aşkarladı
22 avqust 2026 04:43 (UTC +04:00)

Alimlər Süd Yolunda rekord sürətlə hərəkət edən ulduz aşkarladı

0

Astronomlar Süd Yolunun mərkəzində yerləşən superkütləvi qara dəliyin ətrafında indiyədək məlum olan ən sürətli ulduzu aşkarlayıblar.

Lent.az xəbər verir ki, S301 adı verilən ulduz saatda təxminən 90 milyon kilometr sürətlə hərəkət edir ki, bu da işıq sürətinin 8 faizindən çoxdur.

Ulduz qalaktikamızın mərkəzindəki Sagittarius A* adlı qara dəliyin ətrafında çox uzunsov orbit üzrə hərəkət edir və bir dövrünü təxminən 8,7 ilə tamamlayır.

Onun qara dəliyə ən yaxın məsafəsi Yerin Günəşdən məsafəsinin təxminən 11,5 qatı qədərdir.

Alimlərin fikrincə, S301-in hərəkətini öyrənmək Sagittarius A*-nın fırlanma sürətini müəyyənləşdirməyə kömək edə bilər.

Tədqiqatçılar bildirirlər ki, ulduz hazırda qara dəlik tərəfindən udulmaq təhlükəsi ilə üzləşmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar