Ukraynada “Boeing”in vurulması ilə əlaqəli şəxslər müəyyənləşdi
13 oktyabr 2015 23:52 (UTC +04:00)

Ukraynada “Boeing”in vurulması ilə əlaqəli şəxslər müəyyənləşdi

2014-cü ildə “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulmasını araşdıran Niderlandın Təhlükəsizlik Şurası və müstəntiqlərdən ibarət beynəlxalq komanda təyyarənin vurulması ilə əlaqəli olan şəxslərin kimliyini  müəyyənləşdirib. APA-nın xəbərinə görə, bunu  “Reuters” Niderland tərəfinə istinadən məlumat yayıb.

 

Məlumata görə, istintaq şübhəlilərin adlarını mətbuata açıqlamayıb.  

 

Qeyd edək ki,  Niderlandın Təhlükəsizlik Şurası bundan əvvəl 2014-cü ildə Malayziyanın “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulması ilə bağlı beynəlxalq istintaqın nəticələrinə dair məruzəni dərc edib.

 

 Xatırladaq ki, 2014-cü  ilin iyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu üzrə uçan “Malaysia Airlines” aviaşirkətinin “Boeing 777” tipli sərnişin təyyarəsi Donetsk vilayətinin şərqində vurulması nəticəsində 298 nəfər ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar