Vals: “136 fransalı İŞİD-çi  öldürülüb”
13 oktyabr 2015 05:56 (UTC +04:00)

Vals: “136 fransalı İŞİD-çi öldürülüb”

Fransa İŞİD terror qruplaşması ilə mübarizə aparır. Çünki bu qruplaşma təhlükə mənbəyidir və bilavasitə Fransa ərazisində terror aktları törətməyi planlaşdırır. 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın baş naziri Manuel Vals  bəyan edib.

 

“Təsadüfi deyil ki, ötən həftə və sentyabrın sonlarında Fransa hərbi aviasiyası İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirib. Həmin bazalarda Fransadan olan terrorçular hazırlıq keçib. Son hava hərbəsi zamanı azı 6 Fransa vətəndaşı məhv edilib. Ümumilikdə, Yaxın Şərqdə münaqişə başlanandan 136 fransalı cihadçı öldürülüb”, deyə M.Vals bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar