Yeni dünya rekordu : 829 km uzunluğunda ildırım qeydə alındı
01 avqust 2025 03:47 (UTC +04:00)

Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı

Ümumdünya Meteorologiya Təşkilatı yeni dünya rekordunu - 829 kilometr uzunluğunda meqa ildırımı rəsmi olaraq qeydə alıb.

Lent.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, bu məsafə Venesiyadan Parisə qədər olan məsafə ilə müqayisə oluna bilər.

Unikal təbiət hadisəsi 2017-ci il oktyabrın 22-də Şərqi Texas-Kanzas-Siti səmasında baş verib.

Maraqlıdır ki, bu fenomenal hadisə məlumatların ilkin təhlili zamanı nəzərə çarpmayıb və yalnız peyk şəkillərinin ikinci, daha hərtərəfli öyrənilməsi zamanı aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar