ABŞ-ın Kolorado ştatında bəzi vəhşi dovşanların başlarında buynuza bənzər çıxıntılar müşahidə edilib.
Lent.az xəbər verir ki, bu vəziyyətə, dovşan papilloma virusu adlı bir virusun səbəb olduğu dəri böyümələrindən qaynaqlanır.
Mütəxəssislər infeksiyanın adətən dovşanın başında qara düyünlər kimi göründüyünü və zaman keçdikcə böyüyə və buynuz şəklini ala bildiyini bildirir.
Virus ümumiyyətlə dovşanların həyatı üçün təhlükə yaratmasa da, qida və su istehlakının qarşısını alan bir ölçüyə çatdıqda təhlükəli ola bilər.
Virus yalnız dovşanlara keçə bilir və ancaq açıq havada yaşayan ev dovşanları da virusa yoluxa bilir. Ev dovşanlarında xəstəlik daha ağır keçir və baytar müdaxiləsi tələb olunur.