Mənzildə neçə ədəd rozetka  olmalıdır?
21 may 2025 13:27 (UTC +04:00)

Mənzildə neçə ədəd rozetka olmalıdır?

Müasir mənzillərdə elektrik cihazlarının sayı sürətlə artır. Lakin bir çox standart planlı mənzillərdə hələ də otaq başına 2-3 rozetka olur.

Lent.az xarici mediaya istinadla bildirir ki, gələcəkdə problemlər yaşamamaq üçün rozetka sayını və yerləşdirmə yerlərini əvvəlcədən planlaşdırmaq çox vacibdir.

Niyə standart rozetka sayı artıq yetərli deyil?

Hazırda yeni tikililərdə istifadə olunan elektrik planlaşdırması 10-15 il əvvəlki köhnəlmiş normalara əsaslanır. O zaman bu qədər şarj cihazı, məişət texnikası və ya elektron cihazlar yox idi.

Məsələn:

Robot tozsoran üçün döşəmə rozetkası ehtiyacı,

Divan yanında planşet və telefon şarjı üçün ayrıca enerji nöqtələri kimi tələblər heç nəzərə alınmırdı.

Son 10 ildə orta statistik ailə 3 dəfə daha çox texnika istifadə etməyə başlayıb. Rozetka çatışmazlığı uzadıcıların daim istifadəsinə səbəb olur ki, bu da təkcə narahatlıq deyil, həm də yanğın təhlükəsi yaradır. Çünki bir çox cihazlar daimi qoşulu vəziyyətdə olur və ayrı-ayrı çıxışlara ehtiyac duyurlar. Belə dolaşıq kabellər həm təhlükəlidir, həm də estetik deyil.

Fərqli otaqlarda neçə rozetka olmalıdır?

Mətbəx – Mənzilin ən çox enerji sərf edən yeridir. Burada ən azı 8-12 rozetka olmalıdır. Ayrı-ayrı qoşulma nöqtələri aşağıdakı cihazlar üçün planlaşdırılmalıdır:

Soyuducu

Plitə

Aspirator (və ya hava çəkən qurğu)

Qabyuyan maşın

Əlavə olaraq:

Mikrodalğalı soba

Elektrik çaydanı

Blender və digər kiçik cihazlar üçün ayrıca rozetkalar

Masa yaxınlığında 2-3 rozetka – səhər yeməyi zamanı noutbuk və telefon şarjı üçün

Qonaq otağı – Artıq yalnız “televizor üçün bir rozetka” kifayət etmir.
Media zonası üçün ən azı 4 enerji nöqtəsi lazımdır:

Televizor

Konsol (oyun qurğusu)

Wi-Fi yönləndirici (router)

Audio sistemi

Əgər otaqda iş küncü və ya istirahət zonası varsa, burada da bir neçə əlavə rozetkaya ehtiyac olacaq. Çünki eyni anda bir neçə cihazın şarj olunması adi hala çevrilib.

Rozetkalar harada və hansı hündürlükdə yerləşdirilməlidir?

Rozetkaların doğru yerləşdirilməsi, texnikadan gündəlik istifadənin rahatlığını müəyyən edir.

Otaqlarda optimal hündürlük: 30–40 santimetr döşəmədən
(kabloların mane olmaması və rahat əlçatanlıq üçün)

Yataq zonasında: 50–60 santimetr – telefon şarjı və ya gecə lampası üçün

Mətbəxdə: 100–120 santimetr – iş masasının üstündə, amma asma şkafların altında

Hamamda: ən az 120 santimetr və suya davamlı (nəmdən qoruyan) korpusda

Əgər divarda televizor quraşdırılması planlaşdırılırsa, rozetkalar 100–120 santimetr hündürlükdə yerləşdirilməlidir ki, kablolar görünməsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar