Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib.
Lent.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.