“Çelsi”, “Brayton” və “Vest Hem”in keçmiş baş məşqçisi Qrem Potter İsveç milli komandasının baş məşqçisi təyin edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsveç Futbol Assosiasiyasının rəsmi saytı xəbər verir.
İngilis çalışdırıcı dünya çempionatının seçmə mərhələsində nəticə əldə etmədiyi üçün istefaya göndərilən danimarkalı baş məşqçi Yon-Dalya Tomassonu əvəzləyib. İsveç hazırda B qrupunda dörd oyundan bir xalla sonuncudur.
Qrem Potterin müqaviləsi 2026-cı ilin martında mümkün pley-off oyunları da daxil olmaqla, seçmə turnirin sonuna qədər davam edir.