Bakıda maşından meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Babək Təvəkkül oğlu Qəniyevin meyiti özünə məxsus “QAZel” markalı 99 TK 185 N-li avtomobildə aşkar edilib.
Onun ölüm səbəbi məlum deyil.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.