Bakıda 24 yaşlı qızın 100 min dollarlıq cinayəti – TƏFƏRRÜAT
Noyabrın 4-də Bakı şəhərinin Xətai rayonu ərazisində mənzildən külli miqdarda qızıl oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Hadi küçəsində yaşayan Minəxanım Eminovanın mənzilindən açarseçmə yolu ilə 100 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəhla Ağayeva və Xuraman Babayeva noyabrın 5-də tutulub. Fakt üzrə araşdırmalar davam etdirilir.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, zərərçəkmiş M.Eminova sahibkardır. O, “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərir. Oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılan Ş.Ağayeva isə M.Eminovanın bacısı qızıdır. Məlumata görə, 24 yaşlı, ailəli, 2 uşaq anası olan Ş.Ağayeva cinayəti əvvəlcədən planlaşdırıb və bu işdə ona rəfiqəsi Xuraman Babayeva kömək edib. Bu məqsədlə Ş.Ağayeva xalasının evinin giriş qapısının açarının surətini hazırlatdırıb. Evdə kimsənin olmadığından əmin olduqdan sonra isə gənc qızlar oğurluq məqsədi ilə mənzilə soxulublar. Onlar özləri ilə gətirdikləri xüsusi alətlərlə M.Eminovanın mənzilindəki seyfi kəsiblər və 100 min dollarlıq qızılları götürərək aradan çıxıblar.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
****
Saat 11:59
Noyabrın 4-də Bakı şəhərinin Xətai rayonu ərazisində mənzildən külli miqdarda qızıl oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Hadi küçəsində yaşayan Minəxanım Eminovanın mənzilindən açarseçmə yolu ilə 100 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəhla Ağayeva və Xuraman Babayeva noyabrın 5-də tutulub.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14