Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (4-ü kişi, 5-i qadın) 27 sentyabr tarixində saat 23:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
2 nəfər (qadın) ambulator müalicə üçün evə buraxılıb.
Digər xəsarət alan şəxslər instrumental müayinələrə cəlb olunub. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətiləri orta ağır qiymətləndirilir.
***
saat 00:23
Xaçmaz rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Gəndob-Yalama avtomobil yolunun rayonun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, əks istiqamətlərdə hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.