Ailə faciəsi: oğul özünü yandırdı, atanın ürəyi partladı
07 noyabr 2012 10:57 (UTC +04:00)

Ailə faciəsi: oğul özünü yandırdı, atanın ürəyi partladı

0
Noyabrın 6-da Sabirabad rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Xəlfəli kəndində 1957-ci il təvəllüdlü Nabatov Balamirzə Cəfərxan oğlu üstünə benzin tökərək özünü yandırıb.

O, aldığı yanıq xəsarətindən hadisə yerindəcə keçinib. Hadisə vaxtı ailə üzvləri çalışsa da B.Nabatovu xilas edə bilməyiblər. Hadisədən bir neçə saat sonra isə intihar etmiş şəxsin atası 77 yaşlı C.Nabatovun ürəyi partlayıb.

Ata və oğlu kənd qəbiristanlığında yanaşı dəfn edilib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7573

Oxşar yazılar