Bakıda hərbçinin qan içində meyiti tapıldı
07 noyabr 2012 16:15 (UTC +04:00)

Bakıda hərbçinin qan içində meyiti tapıldı

0
Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, Mustafa Sübhi küçəsi 94 ünvanında, mənzilin hamam otağından 1965-ci il təvəllüdlü Seyidov Vüqar Şahin oğlunun üzərində xəsarətləri olan meyiti tapılıb. V.Seyidovun üzərində çoxsaylı kəsilmiş yaralar müəyyən edilib. İlkin məlumata görə, o, intihar məqsədi ilə özü-özünə xəsarətlər yetirib.

Qeyd edək ki, meyiti aşkarlanmış şəxs hərbçidir. Fakt üzrə müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3934

Oxşar yazılar