Türkiyə vətəndaşı Qusarda 2 piyadanı vurub: 1 ölü, 1 yaralı
08 noyabr 2012 11:56 (UTC +04:00)

Türkiyə vətəndaşı Qusarda 2 piyadanı vurub: 1 ölü, 1 yaralı

0
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Türkiyə vətəndaşı Kökal Ergün Cumali idarə etdiyi, “VAZ 2121” markalı avtomaşınla Qusar-Ləzə yolunun 26-cı km-də iki piyadanı vurub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü, Qusar rayonunun Kuzun kənd sakini Qafarov Minbala Kamal oğlu dünyasını dəyişib. 1989-cu il təvəllüdlü, Qusarın Alabaş kənd sakini Qafarov Akif Aydabala oğlu ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1862

Oxşar yazılar