
Göyçayda “Uçan boşqab” görünüb – VIDEO
Göyçay səmasında naməlum uçan obyekt görünüb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:00 radələrində Göyçay rayonu üzərində qeyri-adi formada parıldayan naməlum uçan obyekt müşahidə olunub. Kürə şəklində olan obyekt əvvəlcə çox hündürlükdə işıq saçıb, sonra aşağı enərək şərqdən qərbə doğru hərəkət edib və yenidən yüksəkliyə qalxıb. Ətrafa güclü işıq saçan obyekt 2 dəqiqə ərzində görünərək gözdən itib. Şahidlər bu müddət səmada sanki diametrli 50-60 santimetr olan bir projektorun işıqlandığını, həmin zaman səmanın süd rənginə büründüyünü bildiriblər. Rayon sakinləri naməlum uçan obyektin Göyçay səmasında hərəkətini kamera ilə lentə ala biliblər. Sakinlər Göyçay səmasında buna bənzər obyektə bu ilin iyununda da rast gəldiklərini və həyəcan dolu anlar yaşadıqlarını bildiriblər.
Oxşar yazılar

Dövlət xadimlərinə sui-qəsd hazırlayan şəxslə bağlı YENİ QƏRAR
14 avqust 2025 , 18:26
Pensiya "düzəldən" keçmiş baş həkimə hökm oxundu
14 avqust 2025 , 17:58
40-a yaxın azərbaycanlı Rusiyanın bu vilayətindən deportasiya olundu
14 avqust 2025 , 17:52
Üç kişi araq əvəzinə antifiriz içib öldü
14 avqust 2025 , 17:23
Bu ilin 6 ayında 313 nəfər yollarda ölüb
14 avqust 2025 , 17:00
Bakıda kişi qadınları evlənmək adı ilə aldadıb pullarını aldı: biri evlidir və məmur qızıdır
14 avqust 2025 , 16:54
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
14 avqust 2025 , 15:56