Hacıqabulda qəza: 6 yaralı
11 noyabr 2012 23:16 (UTC +04:00)

Hacıqabulda qəza: 6 yaralı

0
Hacıqabul rayonu ərazisində 3-ü ağır olmaqla, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Lexus” markalı avtomobil Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən sürücü İbadət Əliyev özünəməxsus avtomaşının sükanını 16 yaşlı oğlu Elxan Əliyevə tapşırıb. O isə yolun hərəkət qadağan edilən hissəsinə çıxaraq qəza törədib.

Qəza zamanı xəsarət alanların 4-ü bir ailənin üzvləridir.

“Avtomaşın Bakı-Qazax yolunun 136-ci km-də yeni təmir olunan, lakin istifadəyə verilməyən yolun hərəkət hissəsinə daxil olub və qarşıda olan qum maneəsinə çırpılıb. Nəticədə bu hadisə baş verib”,- deyə YPX-nin əməkdaşı Aqil Muradi bildirib.

ANSPRESS
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1249

Oxşar yazılar