Bakıda yeni evlənmiş 18 yaşlı oğlanın faciəsi - TƏFƏRRÜAT
12 noyabr 2012 10:35 (UTC +04:00)

Bakıda yeni evlənmiş 18 yaşlı oğlanın faciəsi - TƏFƏRRÜAT

0
Noyabrın 11-də Bakıda dəhşətli intihar hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində 1994-cü il təvəllüdlü Niftullazadə Turan Xeyrulla oğlu qayçı ilə özünü vurub. 18 yaşlı oğlan qayçını döş qəfəsinə sancıb. Qayçı onun ürəyini zədələyib. T.Niftullazadə xəstəxanaya çatdırılsa da, ölüb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, intihar edən T.Niftullazadə yeni ailə həyatı qurub. 18 yaşlı oğlan bir neçə ay əvvəl 1990-cı il təvəllüdlü Aysel Səfərova ilə evlənib. Lakin çox keçmədən gənc ailədə narazılıqlar baş qaldırıb, söz-söhbət böyüyüb. Belə bir mübahisələrin birindən sonra isə gənc ailə başçısı özünü öldürüb.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3458

Oxşar yazılar