Sabiq məhkəmə hakimi həbsxanada ölüb
Sabiq qadın hakim və daha bir məhkum vəfat edib
Azərbaycanda daha iki məhkum dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisələrdən biri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 57 yaşlı Məhuzər İsayeva vəfat edib.
M. İsayeva Cəlilabad Rayon Məhkəməsinin hakimi olub. O, korrupsiyada təqsirli bilərək bir neçə il əvvəl 7 il müddətinə azadlıqdan məhrum edilib.
Daha bir hadisə isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Qəsdən adam öldürməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən İxtiyar Məmmədov xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, son vaxtlar Cəzaçəkmə Müəssisələrində məhkumlar arasında ölüm hallarının sayı artıb.

Oxşar yazılar

Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
14 avqust 2025 , 15:56
Azyaşlıya təcavüz etdi, 48 ildən sonra həbs olundu
14 avqust 2025 , 15:27
"Razin"dəki "Akkord" binalarında NÖVBƏTİ FACİƏ: qadın 10-cu mərtəbədən yıxılıb öldü
14 avqust 2025 , 15:12
Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı
14 avqust 2025 , 14:48
Marketdən külli miqdarda lotereya bileti oğurlandı
14 avqust 2025 , 13:29
Lənkəranda uşağı maşın vurdu
14 avqust 2025 , 13:22
Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI
14 avqust 2025 , 13:00