Betonqarışdıran “KamAZ” aşdı: yaralananlar var
0
0
Noyabrın 12-də Gədəbəy rayonunda yük maşını aşıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Arıxdam kəndində “KamAZ” markalı betonqarışdıran avtomobilin aşması barədə məlumat daxil olub. Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücü və 1 nəfər sərnişini yaralı vəziyyətdə avtomobildən çıxarıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
0
0