Dünya bu gün
15 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
1603. Şah Abbas İrəvan qalasını mühasirəyə alıb

1630. Alman astronom İohan Kepler vəfat edib

1670. Çex pedaqoqu Yan Amos Komenski vəfat edib

1889. Braziliyada monarxiya devrilib, respublika elan edilib

1921. Azərbaycan SSR MİK Rəyasət Heyəti Rusiya Kommunist Partiyasının 3 noyabr tarixli Bakı iclasının qərarlarına müvafiq direktiv layihələr hazırlayan yerli komissiya təşkil edib.

1926. Dövlət dram teatrında H.Cavidin “Topal Teymur” dramı ilk tamaşası olub

1956. Orta Doğu Texniki Universiteti (Türkiyə) təsis edilib

1971. Tarixdə ilk mikroprosessor hesab edilən “İntel 4004” satışa çıxarılıb

1982. Sovet lideri Brejnevin dəfn mərasimi keçirilib

1983. Şimali Kipr Türk Respublikası müstəqilliyini elan edib

1988. Türkiyə Fələstin dövlətini tanıyıb

2003. İstanbulda 2 sinaqoqda terror aktı nəticəsində 25 nəfər həlak olub

2004. Parisdə təşkil olunan beynəlxalq tədbirdə İran uranın zənginləşdirilməsi prosesini dayandırmağa söz verib

2006. “Al Jazeera English” telekanalı yayıma başlayıb.

2011. İlham Əliyev “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edib

2011. “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” qəbul edilib. Eyni gündə Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklikləri də təsdiqləyib.

Günün aforizmi

“Teymur: ... o çox məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər”.

“Topal Teymur” pyesindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1129

Oxşar yazılar