Türkan Şoray Bakıda pulsuz dərslər keçəcək
16 noyabr 2012 18:36 (UTC +04:00)

Türkan Şoray Bakıda pulsuz dərslər keçəcək

0
Bakıda noyabrın 26-30-da Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı keçiriləcək. Lent.az-ın festivalın rəsmi saytına istinadən verdiyi məlumatına görə, toplantı çərçivəsində Bakıya tanınmış qonaqlar dəvət olunub. Qonaqlar arasında Ukraynanın məşhur moda dizayneri, bütün dünyanın diqqət mərkəzi olan Andre Tan, Türkiyənin tanınmış və çox sevilən aktrisası Türkan Şoraydır.


Türkan Şoray noyabrın 26-da, moda dizayneri isə noyabrın 27-də Bakıya gələcək. Qonaqlar ayın 30-dək paytaxtımızda olacaqlar. Aktrisa noyabrın 26-da toplantının rəsmi açılışında iştirak edəcək. Məhz elə həmin gün aktrisanın iştirakı ilə kino sənəti sahəsində master-klass təşkil olunacaq. Master klass zamanı gənclərlə görüşəcək Türkan Şoray onlarla aktyorluq sənətinin sirlərini və özünün professional biliklərini paylaşacaq.Master klasdan əlavə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.


Andre Tanın verəcəyi master-klasın mövzusu isə “Moda, biznes kimi” olacaq. Master klasın proqramına moda bazarının əsas seqmentasiya növləri, brendin moda bazarında pozisiyalaşması, bazarda brendin mövcudluğu, şəbəkənin inkişafı, bazarın növləri, brendin əsas məqamları, məsləhət olunan saytlar, yeni başlayan dizaynerlər üçün biznes-plan və s. kimi maraqlı mövzular daxildir. Bundan əlavə master-klass çərçivəsində Andre Tanla foto-sessiya da təşkil ediləcək. Master klass çərçivəsində məşhur dizayner gənclərlə özünün professional biliklərini paylaşacaq və gənclərin bütün suallarını cavablandıracaq.

Onu da qeyd edək ki, məşhur sənətkarın master-klaslarında iştirak etmək istəyən gənclər www.artweek.az saytının online qeydiyyat bölməsinə daxil olaraq, qeydiyyatdan keçməlidirlər. Dərslər pulsuz olaraq keçiriləcək.

Qeyd edək ki, bu gündən istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısının reklam çarxı hazırlanaraq sosial şəbəkə və internet portalları vasitəsilə gənclərə təqdim edilib.


Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1704

Oxşar yazılar