Dünya bu gün
07 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
7 dekabr. İlin sonuna 25 gün qalır.

1792. Brüsseldə Belçikanın müstəqilliyini tələb edən nümayişçilərə fransız ordusu divan tutub

1877. Tomas Edisonun fonoqrafı ilk dəfə nümayiş olunub

1917. ABŞ Avstiya-Macarıstana qarşı müharibə elan edib

1918. Şərqdə ilk parlament - Azərbaycan Xalq Cumhuriyyətinin ali qanunverici orqanı fəaliyyətə başlayıb. Parlamentdə bütün siyasi qüvvələr və milli azlıqlar təmsil edilib. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik edib

1921. İkinci diyar partiya müşavirəsi (Birinci Zaqafqaziya partiya konfransı) zamanı federasiya ideyasının təbliğatına başlamaq qərara alınıb

1922. Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib

1928. Amerikan dilçi Avraam Noam Homski anadan olub

1941. Yaponlar “Pearl Harbor” (Havay adaları), Filippin adaları və Britaniya Malayziyasını bombardman edib (Asiya qitəsində 8 dekabr)

1966. Suriya hökuməti kral Hüseynin İordaniya taxtından salınmasını tələb edib

1972. Amerikan kosmik gəmisi “Apollon 17” fəzaya buraxılıb

1975. İndoneziya ordusu Şərqi Timorun portuqal koloniyasını birləşdirib. Lissabon Cakarta ilə əlaqələri kəsib

1977. Misir Yaxın Şərqdə sülh təşəbbüsünə qarşı çıxan kommunistlərə cavab olaraq SSRİ, ADR, Macarıstan və Çexoslovakiyada mədəniyyət mərkəzlərini bağlayıb

1984. BMT-nin üzvü olan ölkələr SSRİ-nin irəli sürdüyü dövlət terrorizmini pisləyən qətnaməni qəbul edib

1985. Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər

1988. Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25 000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib

1989. Litva parlamenti çoxpartiyalılığa icazə vermək üçün Konstitusiyaya düzəliş edib

1993. Pentaqon Nevadada xəbərdarlıqsız 204 atom sınağı keçirildiyini bəyan edib

1996. “Kolumbiya” kosmik gəmisi 17 gün, 15 saat, 54 saniyəlik rekordla 11,2 milyon kilometr məsafə qət etdikdən sonra Floridada yerə enib

2002. Türkiyə vətəndaşı Azra Akın Londonda Dünya Gözəli seçilib

2009. Vyana Diplomatik Akademiyasında Azərbaycan Respublikasında diplomatik xidmətin 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

2010. Azərbaycan və İtaliya diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizanı ləğv edib.

Günün aforizmi

“Tarixi hadisələrin gedişində bizlər dövlətçiliyimizin baniləri və xalqların öz müqəddəratını təyin etməsi şüarı ilə yayılan yeni siyasi hərəkatın pionerləri olduq”

“Azərbaycan” qəzeti, 7 noyabr 1918.


Reşat Nuri Güntekin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1026

Oxşar yazılar