Xəzərin ortasında köməksiz qalmış balıqçılar xilas edilib
04 dekabr 2012 10:10 (UTC +04:00)

Xəzərin ortasında köməksiz qalmış balıqçılar xilas edilib

0
Dekabrın 2-də Xəzərdə itkin düşmüş 4 balıqçı xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 balıqçının yeri müəyyən olunub. Balıqçılardan biri xilas edilərək FHN-in Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digər 3 nəfər helikoperin göyərtəsinə qalxmaqdan imtina edib. Onlar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, qayıq isə yedəyə alınıb.

Məlum olub ki, qayıq yanacaq bitdiyi üçün dənizdə qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1710

Oxşar yazılar