Bakıda xəstəxananın qarşısında qətl hadisəsi törədilib
04 dekabr 2012 10:13 (UTC +04:00)

Bakıda xəstəxananın qarşısında qətl hadisəsi törədilib

0
Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsində, Seymur Orucov küçəsində yerləşən 19 saylı poliklinikanın qarşısında qəsəbə sakini, 1966-cı il təvəllüdlü Qəhrəmanov Aydın Qəzənfər oğlu aralarındakı mübahisə zəminində həmin qəsəbənin sakini, 1964-cü il təvəllüdlü Hüseynov İsa Hüseyn oğlunu bıçaqlayaraq öldürüb. A.Qəhrəmanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2267

Oxşar yazılar