Daha bir məktəbli faciəsi: ana oğlunun meyitini tapdı
04 dekabr 2012 10:17 (UTC +04:00)

Daha bir məktəbli faciəsi: ana oğlunun meyitini tapdı

0
Dekabrın 3-də Ağsu rayonunda faciəvi hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağsu şəhərində 1998-ci il təvəllüdlü Mirkərim Soltanlının yaşadığı evin həyətindəki hamamda meyiti tapılıb.

Məlumata görə, yeniyetmənin anası oğlunun hamamdan gec çıxmasından narahat olub. Qadın hamamın qapısını sındırıb və oğlunun öldüyünü görüb.

İlkin məlumata görə yeniyetmə dəm qazından boğulub. M.Soltanlı orta məktəbin 8-ci sinif şagirdi olub.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4350

Oxşar yazılar