Masallıda oteldən meyit tapıldı
04 dekabr 2012 10:48 (UTC +04:00)

Masallıda oteldən meyit tapıldı

0
Dekabrın 3-də Masallı rayonunda oteldən meyit tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Masallı şəhərində yerləşən “Masallı” otelindəki nömrədən orada gecələyən 1955-ci il təvəllüdlü Göyüşov Füzuli Papır oğlunun meyiti tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb.

Məlumata görə, dünyasını dəyişmiş şəxs Bakı şəhərinin Binəqədi rayonu, Rəsulzadə qəsəbə sakinidir. O, Masallıya peşə fəaliyyəti ilə bağlı ezamiyyətə gedibmiş.

Hazırda ölümün səbəbləri araşdırılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1498

Oxşar yazılar