Bakıda Türkiyə vətəndaşının içi pulla dolu seyfini apardılar
0
0
Noyabrın 24-də Türkiyə vətəndaşı Atmet Tanyıldız Nəsimi RPİ 22-ci PB-yə ərizə ilə müraciət edib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Z.Əliyev küçəsində yerləşən tikinti şirkətinin ofisin otağından içərisində 65 min manat olan seyf naməlum şəraitdə oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rahib Məhərrəmov dekabrın 3-də tutulub.
Digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
0
0