Bakıda qadının maşınını talayan oğlanlar tutuldu
0
0
Bakıda soyğunçuluq etmiş şəxslər polis tərəfindən saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 2-də Babək prospektində Ulduzə Eyvazovaya məxsus «Subaru» markalı avtomobildən açıq qapıdan keçməklə içərisində 1000 manat, 2 ədəd mobil telefon və sənədlər olan əl çantası oğurlanıb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ramil Qəmbərov və Ruslan Əsgərov dekabrın 3-də yaxalanıb.
Hazırda tutulan şəxslərin başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Hazırda tutulan şəxslərin başqa cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
0
0