Qusarda iki məktəbli itkin düşüb
04 dekabr 2012 16:54 (UTC +04:00)

Qusarda iki məktəbli itkin düşüb

0
Qusar rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Qusar rayonunun Həzrə kənd sakinləri, Monqolov İmran Vüqar oğlu və Babalıyev Rakim Hafiz oğlu noyabr ayının 27-də məktəbə getmək adı ilə yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıblar.

Qusar rayon Polis Şöbəsinin əməkdaşları onların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Hər iki şəxs orta məktəb şagirdidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1467

Oxşar yazılar