Qahirədə polislə müxalifə toqquşub
04 dekabr 2012 22:16 (UTC +04:00)

Qahirədə polislə müxalifə toqquşub

0
Misirdə gərginlik davam edir. Qahirədə prezident sarayının qarşısına toplaşan etiraz aksiyasının iştirakçılar ilə polis arasında qarşıdurma yaşanıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis gözyaşardıcı qazdan istifadə edib.

Yerli müşahidəçilər etirazçıların bəzilərinin sarayın əhatəsinə çəkilmiş tikanlı məftilləri aşdığını da deyiblər.
Nümayişçilər prezident Məhəmməd Mursinin son qərarına, o cümlədə yeni Ana Yasa ilə bağlı dekabrın 15 keçiriləcək referenduma da etiraz ediblər.

Bu qərara qarşı olanlar bildirib ki, sənəd tələsik yazılıb və ciddi dəyişikliklərə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar