Bakıda 23 yaşlı oğlanın qanını tökdülər
05 dekabr 2012 11:24 (UTC +04:00)

Bakıda 23 yaşlı oğlanın qanını tökdülər

0
Dekabrın 4-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsində 1989-cu il təvəllüdlü Bədirov Saməddin Əlisa oğlu bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin kim tərəfindən törədilməsi və digər qaranlıq məqamlar aydınlaşdırılır. Faktla əlaqədar 32-ci Polis Bölməsində təhqiqat aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1295

Oxşar yazılar