Qusarda ağır qəza: 1 ölü, 1 yaralı
0
0
Dekabrın 4-də saat 16.00 radələrində Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hil kəndi ərazisində, kənd sakini Ruslan Xəlilovun idarə etdiyi "VAZ-2107" və rayon sakini Bəxtiyar Sultanovun idarə etdiyi "QAZ-31029" markalı avtomaşınlar toqquşub.
Nəticədə xəsarət almış R.Xəlilov və sərnişinləri xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən biri - Nazxanım Bəkirova orada ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
Nəticədə xəsarət almış R.Xəlilov və sərnişinləri xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən biri - Nazxanım Bəkirova orada ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
0
0