Bakıda kirayənişin ev sahibinin oğlunu zorlayıb qaçdı - TƏFƏRRÜAT
05 dekabr 2012 12:57 (UTC +04:00)

Bakıda kirayənişin ev sahibinin oğlunu zorlayıb qaçdı - TƏFƏRRÜAT

0
Bakı şəhər Suraxanı rayon sakini 44 yaşlı E.Əliyev dekabrın 4-də rayon polis idarəsinə müraciət edib. Lent.az-ın məlumatına görə, şikayətçi bildirib ki, Dədə Qorqud qəsəbəsində yaşayır və evinin bir hissəsini kirayə verir. Bir neçə gün əvvəl isə o, 13 yaşlı oğlu Ə.Ə-nin özünü qəribə apardığını görüb. Məlum olub ki, evdə qalan kirayənişin, Saatlı rayon sakini, 19 yaşlı A.Ş 13 yaşlı oğlanı zorlayıb. Azyaşlı bildirib ki, valideynləri evdə olmadığı vaxt A.Ş onu hədələyib və vuraraq qorxudub. Daha sonra isə gənc oğlan ev sahibinin oğlu ilə zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Ev sahibinin məsələdən agah olduğunu bilən A.Ş kirayə qaldığı mənzildən qaçıb.

Zorakılığa məruz qalmış oğlan isə həkim müayinəsinə yazılıb. Həmçinin ekspertizadan keçirilməsi üçün göndərilib.

Hazırda fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8625

Oxşar yazılar