Rusiyada girov götürülmüş azərbaycanlı iş adamı azad edildi
05 dekabr 2012 16:44 (UTC +04:00)

Rusiyada girov götürülmüş azərbaycanlı iş adamı azad edildi

0
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Maloyaroslavetsdə girov götürülmüş 36 yaşlı azərbaycanlı iş adamını azad ediblər. APA-nın məlumatına görə, əməliyyat zamanı cinayətkar qruplaşmanın bütün üzvləri saxlanıb.

Məlumata görə, zərərçəkən noyabrın 21-də oğurlanıb. Ona Vidnoye şəhərindəki evinin həyətində 4 nəfər naməlum şəxs hücum edib. Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər soydaşımızı silahla təhdid edərək onun 10 min dollarını alıblar. Daha sonra onu girov götürərək avtomobillə şəhərdən kənarda yerləşən evə aparıblar.

Cinayətkarlar onu iki həftə qandalda saxlayıb və işgəncə veriblər. Onlar girovun qohumlarından soydaşımızın azadlığa buraxılması müqabilində 10 milyon rubl tələb ediblər.

Faktla bağlı saxlanan dörd nəfərdən biri Moldovada karate üzrə məşqçi olub. Onların daha bir neçə cinayətdə iştirakı güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1826

Oxşar yazılar