Diş həkimi avtomobili ilə itkin düşüb-FOTO
Ağdaş rayon sakini itkin düşüb. Ağdaş Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Qaradağlı kənd sakini Elsevər Müğdət oğlu Məmmədov dekabrın 3-də saat 16:00 radələrində idarə etdiyi 10 EK 970 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını ilə evdən çıxıb və bu günədək geri qayıtmayıb.
İki övlad atası olan Elsevər Məmmədov rayonda diş həkimi kimi çalışır. Onun sonuncu dəfə öz maşını ilə Qəbələ rayonu istiqamətində hərəkət etdiyi bildirilir. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Elsevər Məmmədovu və ya onun avtomobilini görən şəxslər Ağdaş Rayon Polis Şöbəsinin telefon nömrələrinə (0193-5-51-81 və ya 055-567-79-79) müraciət edə bilər.

Oxşar yazılar

Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı
4 avqust 2025 , 19:46
Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində həbs qərarı verildi
4 avqust 2025 , 19:36
Bakıda 53 yaşlı qadın evində ölü tapıldı
4 avqust 2025 , 18:56
Qəbələdə əcnəbi turistlər qəzaya düşdü, yaralılar var
4 avqust 2025 , 18:48
BAKIDA DƏHŞƏT: Yük maşını velosipedçini vurub öldürdü
4 avqust 2025 , 18:14
Sabunçuda ƏMƏLİYYAT: narkokuryer TUTULDU
4 avqust 2025 , 17:53
Daha bir nəfər dənizdə batdı
4 avqust 2025 , 17:45