Özünü yandıran qadın xəstəxanada ölüb
07 dekabr 2012 11:55 (UTC +04:00)

Özünü yandıran qadın xəstəxanada ölüb

0
Dekabrın 5-də Qusar rayonunda özünü yandıran qadın xəstəxanada ölüb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Urva kəndində 29 yaşlı Yunusova Aygün İlham qızı üzərinə dizel yanacağı tökərək özünü yandırıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin ailəli, bir azyaşlı uşaq anası olan qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, intihar etmiş qadın ruhi-əsəb xəstəsi olub. O, uzun müddət müalicə edilib.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1422

Oxşar yazılar